Siyasi struktur

Avropa Qonşuluq Siyasəti  (AQS) əməkdaşlığımızın siyasi strukturunu təmin edir, o cümlədən Avropa İttifaqının şərq və cənubundakı qonşularını İttifaqda yarım əsrdən artıq davam edən sülh, sabitlik və rifahla bölüşməyə dəvət edir. Siyasətin hədəfi genişlənmiş Avropa İttifaqının sərhədləri ətrafında dostlar zəncirini yaratmaqdır.

Tərəfdaşlığa, birgə iştirak və fərqləndirməyə əsaslanan əhəmiyyətli dərəcədə iqtisadi inteqrasiya və siyasi əməkdaşlığın dərinləşdirilməsi ilə AQS çərçivəsində ölkələrə Aİ ilə getdikcə daha sıx münasibətlərin yaratdılması təkilf edilir. Bizim hər ölkə ilə əməkdaşlığımız ölkənin maraq və potensialına uyğun olaraq hazırlanmalıdır. Avropa dəyərlərinin təşviq edilməsi və Avropa İttifaqının genişlənməsindən Avropa İttifaqı vətəndaşlarının və qonşularının faydalanması üçün AQS əsas vasitədir.

Avropa İttifaqı şərq və cənubdakı qonşuları ilə keçmişini, eləcə də ticarətdən tutmuş mədəniyyət mübadiləsinədək, miqrasiya məsələlərindən tutmuş ekoloji əməkdaşlığadək ümumi maraq doğuran bir çox məsələləri paylaşır. Aralıq Dənizi regionu boyu Avropa Qonşuluq Siyasəti çərçivəsində Barselona prosesi ilə təxminən 15 ildən artıq inkişaf etdirilmiş əməkdaşlıq gücləndirilir və təkmilləşdirilir.

Avropa Qonsuluq Siyasəti Avropa İttifaqının şərqdəki qonşularına onu nümayiş etdirir ki, qitəmizi bölən yeni sərhədlərin yaranmasının qarşısını almaq üçün biz yeni və daha yaxın münasibətlərin qurulmasına doğru irəliləyirik. Həmin ölkələr üçün, AQS tədricən 2009-cu ilin may ayında rəsmən əsası qoyulmuş Şərq Tərəfdaşlığı ilə əvəz olunacaq.

Back to Siyasi və iqtisadi əlaqələr