“Team Europe” Avropa Komandasının mina əleyhinə təşəbbüsünə start verilib.
Baş Direktor Gert Jan Koopman demişdir: “Avropa Komissiyası Azərbaycanda mina əleyhinə işlərə göstərilən dəstəyi gücləndirmək üçün bizim Prezidentin verdiyi vədi yerinə yetirir. Nəsillər boyu yerli icmaların, xüsusən də uşaqların yaşayışı üçün minalar ciddi təhlükə törədir. Ehtiyaclar çox böyükdür. Bütün töhfə verən Aİ-na Üzv Dövlətlərlə birlikdə biz mina təhlükəsini aradan qaldırmaq üçün dəstəyimizi daha çox artırmağa hazırıq”.
Aİ və Aİ-na Üzv Dövlətlər Azərbaycanda mina əleyhinə görülən işlərə dəstək verən ən böyük beynəlxalq donordur. Bu il bizim yardımın “Team Europe” Avropa Komandası təşəbbüsü çərçivəsində təqribən 13 milyon Avroya çatacağı gözlənilir.
Bu təşəbbüs Aİ və ona Üzv Dövlətləri bir araya gətirərək, onların göstərdiyi səylərin səmərəliliyi artıracaq və Azərbaycana Aİ-nın təcrübə, maliyyələşdirmə və avadanlıq baxımından birgə dəstəyindən faydalanmaq fürsəti verəcəkdir.
“Team Europe” Avropa Komandası təşəbbüsümüz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin potensialının artırılması və institusional gücləndirilməsinə dəstək verməyə, əhalinin minalar barədə məlumatlılığını artırmağa və mina qurbanlarına dəstək verməyə davam edəcək. Azərbaycanda partlayıcı maddələrin təmizlənməsi məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtması üçün şərait yaradacaq, icmaların dayanıqlı inkişafı üçün imkanlar açacaq və təbii ehtiyatları əhali üçün təhlükəsiz şəkildə əlçatan edəcəkdir.