Bu hesabat 2015-ci ildən bəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən
maliyyələşən illik “Aİ-Azərbaycan Biznes Forumu” çərçivəsində hazırlanmışdır. Forumun məqsədi Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Bu, Azərbaycanda iş mühitini ölkədə fəaliyyət göstərən Avropa şirkətləri baxımından təqdim edilmiş beşinci illik tədqiqatdır. Hesabatın əsas diqqəti 2016-cı ildən bəri ölkədə baş verən iqtisadi islahatların həyata keçirilməsindəki tərəqqiyə həsr olunmuşdur.