Azərbaycana COVAX platforması çərçivəsində vaksin gətirilib
4 aprel tarixində COVAX platforması çərçivəsində Azərbaycana “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətirilib. Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub və 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq. Avropa İttifaqının Rəhbəri, səfir Kəstutis Yankauskas hava limanında bunları dedi: "Bu gün "AstraZeneca" peyvəndlərinin gəlişi "COVAX" platforması vasitəsi ilə mümkün olmuşdur, burada "Team Europe" ən böyük töhfə verən tərəfdir. Avropa İttifaqının dəstəyi ilə bu peyvəndlər hazırlanmış və istehsal olunmuşdur. Azərbaycana gələn il deyil məhz bu gün gətirilmişdir. "AstraZeneca" Avropa Tibb Agentliyinin təsdiq etdiyi təhlükəsiz və effektiv peyvənddir. ÜST, UNICEF və digər dəstəkçilərə təşəkkür edirik! "COVAX" platforması və "Team Europe"-un sayəsində Azərbaycanda əhalinin peyvənd seçimi olacaqdır. Biz insanları peyvənd olunmağa çağırırıq! Bu COVID-19 infeksiyasına qalib gəlməyin ən yaxşı yoludur!