Azərbaycanda penitensiar sahədə islahatlara əlavə dəstək

03.09.2019

Layihənin ümumi məqsədi Azərbaycanda qanunun aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında cinayət sanksiyalarının tətbiqinin və icrasının gücləndirilməsidir. Daha konkret olaraq, layihə məhbuslara səhiyyə xidmətlərinin, o cümlədən psixi sağlamlıq xidmətlərinin göstərilməsini təşviq etmiş və cəzaçəkmə müəssisələrinin idarə olunmasını müvafiq Avropa standartlarına və qabaqcıl təcrübələrə uyğunlaşdırmaqda Azərbaycanın hakimiyyət orqanlarına köməklik göstərmişdir.

Gözlənilən nəticələr / Əldə olunan nəticələr

  • Biri qadın həbsxanası olmaqla, üç pilot həbsxanada cəzaçəkmə müəssisəsinin tibbi personalının potensialı inkişaf etdirilmiş və həbsxanaya rəhbərlik edən şəxsl

    ərin peşəkarlıq səviyyəsi artırılmışdır.

  • Pilot cəzaçəkmə müəssisələrində “fərdi əməkdaş” sxemi tətbiq edilərək məhbusların idarə edilməsində fərdi yanaşmanı təmin etmişdir. Fərdi əməkdaş məhbusla həbsxana personalı arasında ünsiyyəti və münasibəti yaxşılaşdırır və məhbusların problemlərinin həlli yollarını, məsələn onların islahı və azadlığa çıxdıqdan sonra cəmiyyətə daha yaxşı inteqrasiyası istiqamətində fərdi cəza planının hazırlanmasını təmin edir.   
  • Səhiyyə xidmətləri və cəzaçəkmə müəssisələrinin idarə olunmasına dair qanunvericilik nəzərdən keçirilmiş və tövsiyələr hazırlanmışdır. “Penitensiar müəssisələrə yerləşdirilmiş şəxslər arasında kəskin psixi pozuntular baş verərkən özlərinə və başqalarına zərər vura biləcək şəxslə bağlı qətimkan tədbirlərinə dair standartlar barədə Təlimat” hazırlanmış və Tibb İdarəsi tərəfindən qəbul edilmişdir.

Mövcud elektron alətlərdəki çatışmazlıqlar qiymətləndirilməklə kompüterləşdirilmiş səhiyyəyə dair məsləhətlər və xüsusi biliklər təqdim olunmuş və onların təkmilləşdirilməsi üçün texniki tövsiyələr verilmişdir.