Ermənistan/Azərbaycan: Şuranın işçi qrupunun səfəri ilə bağlı pres reliz

Şuranın Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun(COEST) Ermənistan və Azərbaycana işgüzar səfəri baş tutdu. 28-30 sentyabr tarixlərində COEST nümayəndələri Ermənistana səfər edərək, Ermənistan və Aİ-dan olan əsas tərəfdaşlar ilə görüşdülər və Aİ tərəfindən maliyyələşdirilən layihələrə baş çəkdilər. 30 sentyabr - 2 oktyabr tarixlərində COEST nümayəndələri səfər proqramını Azərbaycanda davam edərək, orada rəsmi şəxslərlə görüşdülər. 

Səfər zamanı ikitərəfli və regional münasibətlər, eləcə də siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün fürsət yarandı. 

COEST-in sədri Veronika Fridrişek Aİ-na üzv dövlətlərin nümayəndələrdən, eləcə də Şuranın Baş Katibliyinin, Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının təmsilçilərindən ibarət nümayəndə heyətinə rəhbərlik etdi.