Page language:
Azerbaijani

EU4Culture: İncəsənət Xadimləri və Mədəniyyət Mütəxəssisləri üçün mobillik qrantı üzrə elan

04.02.2022

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova Respublikası və Ukraynadan olan İncəsənət Xadimləri və Mədəniyyət Mütəxəssislərinə dəstək üçün mobillik qrantları üzrə 1-ci çağırışını elan edir.

1-ci çağırış 31 yanvar 2022-ci il tarixində başlayır və təcrübə, təhsil səfərləri, konfranslar, peşəkar inkişaflar və bilik mübadiləsini və mədəniyyətlərarası dialoqu təşviq edən digər fəaliyyətlər üçün açıqdır.

Çağırış 3 növ mobilliyi dəstəkləyir:

  1. Qısamüddətli mobillik (7-10 təqvim günü) – 1500 avroya qədər
  2. Orta müddətli mobillik (5 həftəyə qədər) - 3500 avroya qədər
  3. Uzunmüddətli mobillik (12 həftəyə qədər) - 5000 avroya qədər

Mobillik layihələri 2022-ci ilin iyunundan 2023-cü ilin iyununa qədər Avropa İttifaqına üzv dövlətlərdə, Aİ-nin tərəfdaş ölkələrində və digər Avropa ölkələrində həyata keçirilə bilər.

Kimlər müraciət edə bilər?

Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova Respublikası və ya Ukrayna vətəndaşı olan və mövcud hüquqi rezident statusuna malik olan və ya ŞT ölkələrində hüquqi rezidenti olan 18 yaşdan yuxarı bütün mədəniyyət sektorlarından olan İncəsənət Xadimləri və ya Mədəniyyət Mütəxəssisləri.

Necə müraciət etməli?

Ərizəçilər onlayn ərizə formasından istifadə edərək beynəlxalq mobillik üçün büdcə ilə fəaliyyət planı hazırlamalı və onu Goethe Ərizə Portalı (GAP) vasitəsilə təqdim etməlidirlər:

https://gap-online.goethe.de/en-US/cases/35fb15d5-cdb0-4177-af28-e0ae86ef917f/create

Açıq çağırış üçün son tarix 8 aprel 2022-ci il, saat 18:00-dır (yerli vaxt).

Mobillik qrantı proqramı ŞT ölkələrində İncəsənət Xadimləri və ya Mədəniyyət Mütəxəssislərinin mədəniyyətlərarası dialoqu və bilik mübadiləsini gücləndirmək, onların peşəkar mobilliklərini dəstəkləmək və beynəlxalq əməkdaşlığı dəstəkləmək üçün onlar arasında əlaqələr yaratmaq məqsədi daşıyır. Ümumilikdə, EU4Culture 2022-2024-cü illər arasında mobillik qrantları üçün altı çağırış elan edəcək və 250-yə qədər fərdi qrant veriləcək.

Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Goethe-Institut (Aparıcı), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu, Gürcüstandakı Fransa İnstitutu tərəfindən həyata keçirilir.

Ərizə prosesi ilə bağlı hər hansı sualınız varsa, zəhmət olmasa, Firuza.Baghir.extern@goethe.de mail ünvanı vasitəsilə EU4Culture layihəsinin Azərbaycan üzrə Milli Koordinatoru xanım Firuzə Bağır ilə əlaqə saxlayın.