Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas: “Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, buna görə də bu gün Bakıda olmaqdan məmnunam. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün aydın imkanlar mövcuddur. Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji marağımızdadır və Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə açığıq. Əlbəttə, insan hüquqları ilə bağlı açıq və səmimi dialoq əməkdaşlığımızın ayrılmaz hissəsi olaraq qalır. Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə əldə olunan irəliləyiş tarixi bir imkan yaradır və bu dinamikanın qorunub saxlanılması vacibdir. Avropa İttifaqının bunu dəstəkləmək üçün müxtəlif alətləri var — etimadın möhkəmləndirilməsi tədbirlərindən tutmuş, artıq ən böyük donor olduğumuz mina təmizləmə fəaliyyətlərinə qədər.”