THIS CONTENT HAS BEEN ARCHIVED

AI-Azərbaycan Biznes Forumu

08.06.2017
Teaser

Avropa və Azərbaycanın biznes şirkətlərini və hökumətini təmsil edən 500-dən artıq nümayəndə 8 iyun tarixində Aİ-Azərbaycan Biznes Forumunda bir araya gəlib, cari biznes mühitini müzakirə edəcək və biznes münasibətləri quracaqlar. Aİ və Azərbaycan şirkətlərinə imkanlar açacaq geniş saylı sektorlar isə diqqət mərkəzində duracaqlar.

Text

Aİ-nın Azərbaycandakı Nümayəndəliyi tərəfindən Azərbaycanın İxrac və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO) və Almaniya-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıqda təşkil olunan Aİ-Azərbaycan Biznes Forumunun məqsədi Aİ və Azərbaycan şirkətləri arasında şəbəkələşməni və əlaqələri artırmaq, hökumət nümayəndələri ilə biznes mühitini, onunla bağlı çağırış və imkanları müzakirə etməkdir.

 

Azərbaycanın İqtisadiyyat Naziri c-b Şahin Mustafayev, Qonşuluq və İttifaqın Genişlənməsi  Danışıqları üzrə Baş Direktorluqda Qonşuluq Şərq Bölməsinin Rəhbəri c-b Laurens Meredit (NEAR Baş Direktorluğu, Avropa Komissiyası) və Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri xanım Malena Mard Forumun açılışını birgə həyata keçirəcəklər.

Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir xanım Malena Mard demişdir: "Aİ ilə Azərbaycan arasında imzalanacağına ümid etdiyimiz yeni sazişdə geniş çeşidli fəaliyyət sahələri bir araya gələcəkdir ki, Aİ bu sahələrdə Azərbaycanın mühüm tərəfdaşıdır. Iqtisadi fəaliyyət dairəsi yeni sazişdə gözəçarpan şəkildə öz yerini tapacaqdır. Aİ ilə Azərbaycan arasında cari iqtisadi münasibətlərin artıq çox güclü olduğunu nəzərə alaraq, bu, çox yerinə düşəcəkdir". 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru Dok. Vüsal Qasımlı plenar sessiyaları təqdim edəcək, Azərbaycanın iqtisadi islahatlar gündəliyində nailiyyətlər və perspektivlərə dair çıxış nitqi söyləyəcəkdir. Bundan sonra eyni zamanda İqtisadiyyat Naziri c-b Sahil Babayev, Dövlət Gömrük Komitəsinin Sədr Müavini c-b Şahin Bağırov, Dövlət Əmlak Məsələləri Komitəsinin Sədr Müavini c-b Rafiq Cəlilov tərəfindən açılacaq plenar müzakirə panelləri baş tutacaqdır. Günorta saatlarında Aİ və Azərbaycan şirkətləri arasında keçiriləcək işgüzar görüşlərdən sonra növbəti paralel panel görüşləri baş tutacaqdır: Kənd Təsərrüfatı və Ərzaq, Ekoloji Texnologiyalar, Nəqliyyat və Logistika, İKT və E-ticarət.

 

Forum iştirakçıları 2017-ci ildə Azərbaycanda fəaliyyət göstərən 100 Aİ şirkəti arasında Aİ Biznes Mühiti Hesabatının nəticələri ilə də tanış olacaqlar.

 

 

Category
Press releases
Location

Bakı

Editorial sections
Azerbaijan