Avropa İttifaqı haqqında 2017-ci ildə keçirilmiş rəy sorğusu
Aİ-nin maliyyələşdirdiyi “Aİ Şərq qonşuluğu” layihəsi Azərbaycanda 1000 nəfər arasında təsadüfi seçimlə və üz-üzə müsahibələr əsasında rəy sorğusu keçirib. Aşağıda sorğunun nəticələri ilə tanış ola bilərsiniz. Əlavə detalları isə aşağıda göstərilən linklərdəki məlumat bülletenləri və hesabatlardan əldə edə bilərsiniz.
Əsas nəticələr
- Azərbaycanda Aİ-yə rəğbət güclənib – azərbaycanlıların 47 %-i Aİ haqqında müsbət təsəvvürə malikdir.
- Azərbaycanlıların 68 %-i hesab edir ki, Avropa İttifaqı ilə münasibətlər yaxşıdır. Bu, regionun orta göstəricisindən (61 %) çoxdur.
- Azərbaycanlıların yarıdan çoxu (51 %) Aİ-yə güvənir. Sorğuda iştirak edənlərin 35 %-i BMT-yə, 26 %-i Avrasiya İqtisadi İttifaqına və 32 %-i NATO-ya güvəndiyini bildirib.
- Azərbaycanlıların 33 %-i Aİ-nin ölkəyə maliyyə dəstəyindən xəbərdardır, 65 %-i bunun effektiv olduğunu düşünür (bu, regionun orta göstəricisindən (53 %) çoxdur).
Linklər
2017-ci il hesabatı, Azərbaycan: http://www.euneighbours.eu/en/east/stay-informed/publications/opinion-survey-2017-azerbaijan
Regional icmal (bütün Şərq Tərəfdaşlığı ölkələri): http://www.euneighbours.eu/en/east/stay-informed/publications/opinion-survey-2017-regional-overview
Ümumi məlumat
“Aİ Şərq qonşuluğu” layihəsi rəy sorğularını 2017-ci ilin mart-may aylarında Şərq Tərəfdaşlığı ölkələrinin hamısında - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada keçirib. Artıq ikinci ildir ki, illik sorğular keçirilir. Birincisi 2016-cı ildə baş tutmuşdu.