THIS CONTENT HAS BEEN ARCHIVED

Bakıya Fantaziya gəlir

26.10.2018
Teaser

Bakı şəhəri “Fantaziya” Mədəni İrs Festivalının keçirilməsinə tam hazırdır. 1-10 noyabr tarixlərində Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə keçiriləcək Festival zamanı Azərbaycan ictimayətini bir birindən maraqlı, maarifləndirici və eyni zamanda əyləncəli tədbirlər silsiləsi gözləyir.

Main Image
Text

Tədbirlər sırasına -  konsert, sərgilər, dəyirmi masalar, konfranslar, film nümayişləri, Bakının maraqlı və aşkar olunmamış küçələrinə bələdçi turları daxildir. 

Qeyd etmək istəyirik ki, Fantziya Festivalı Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq məqsədi daşıyır. Festival 2018 il  Avropa mədəni irs ili çərçivəsində  həyata keçirilir.

Festival Avropa İttifaqı ölkələrinin səfirlikləri, “The Landmark” Hotel və Biznes Mərkəzi tərəfindən dəstəklənir. Təşəbbüsün rəsmi tərəfdaşları sırasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Turizm üzrə Dövlət Agentliyi, İçərişəhər Tarixi-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Xalça Muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, “Yarat” Müasir İncəsənət Mərkəzi daxildir. Festival, həmçinin Venesiyanın Ca’ Foscari Universiteti, ADA Universiteti, Azərbaycan Milli Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi elmi mərkəzlər ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Post category
News stories
Editorial sections
Azerbaijan