Avropa İttifaqının Azərbaycana yüksək səviyyəli səfəri
30 yanvar 2017-ci il tarixində Avropa Komissiyasında Qonşuluq və İttifaqın Genişlənməsi ətrafında Danışıqlar üzrə Baş Direktor Kristian Danielson və Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya üzrə İcraçı Direktor Tomas Mayr Hartinq Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Xarici İşlər və Təhsil Nazirləri, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə Aİ-Azərbaycan arasındakı münasibətləri müzakirə etmişlər.
Müzakirələr Azərbaycan iqtisadiyyatının şaxələnməsi gündəliyi, Aİ-nın hökumətə və vətəndaş cəmiyyətinə bu prosesdə hazırda göstərdiyi və gələcəkdə göstərəcəyi yardım məsələləri daxil edirdi.
Birgə səfər münasibətilə Baş Direktor Kristian Danielson vurğulamışdır ki, "Aİ iqtisadi islahatlar sahəsində ölkəni zəngin təcrübə və ekspert məsləhət xidmətləri ilə təmin etməyə hazırdır", İcraçı Direktor Tomas Mayr Hartinq isə xüsusi olaraq nəzərə çatdırmışdır ki, " Azərbaycan Aİ üçün vacib tərəfdaşdır və onunla yaxın gələcəkdə əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi səbirsizliklə gözləyirlər".