THIS CONTENT HAS BEEN ARCHIVED
"Azərbaycanda Avropanı Tap" adlı foto müsabiqə
Main Image
Text
Tələblər:
- Foto şəkillər Aİ, yaxud Avropa ilə bağlı olmalıdırlar;
- Foto şəkillər yüksək rezolusiyalı olmalıdır (şaquli və üfuqi vəziyyətdə 300 dpi; maksimum həcmi 5MB-dan çox olmamalıdır);
- Foto şəkil məhz iştirakçı tərəfindən və bir şəxs tərəfindən yalınız 1 şəkil təqdim olunmalıdır;
- Iştirakçılar 18 yaş və yuxarı olmalıdırlar;
- Iştirakçılar adları, yaşları, peşələri, əlaqə məlumatı, foto şəklin çəkildiyi yer, işin adı, foto şəkil barədə qısa məlumat və onun Aİ, yaxud Avropa ilə bağlılığı barədə məlumat təqdim etməlidirlər;
- Foto şəkillər 25 may 2017-ci il tarixdən gec olmayaraq eudelegation.azerbaijan@gmail.com ünvanına göndərilməlidir.
Seçim prosesi:
Nümayəndəlik tərəfindən seçilən münsiflər aşağıdakı kriteriyalar əsasında üç qalib seçəcəklər:
- Foto şəklin orijinallığı və yaradıcılılığı;
- Foto şəklin Aİ, yaxud Avropa ilə bağlılığı barədə məlumat.
Mükafatlar:
İyun ayında keçiriləcək mükafatlandırılma mərasimində birinci yerin qalibi yüksək keyfiyyətli güzgülü Canon foto aparatı. ikinci və üçüncü yerin qalibləri hərəsi rəqəmsal foto apparat əldə edəcəklər.
Nümayəndəlik təqdim olunan foto şəkilləri təkrar istifadə etmək və çıxartmaq hüququnu özündə saxlayır.